Bayden Çinə görə Filippin prezidenti ilə görüşəcək

   Bayden Çinə görə Filippin prezidenti ilə görüşəcək
  01 May 2023    Oxunub:1498
ABŞ prezidenti Cozef Bayden iki ölkə arasında təhlükəsizlik və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində davam edən səylər çərçivəsində Filippinli həmkarı kiçik Ferdinand Markosu Ağ Evdə qəbul edəcək.
"CNN" xəbər verir ki, iki liderin görüşü mayın 1-də baş tutacaq. Danışıqlar çərçivəsində Bayden Hind-Sakit okean regionunda Çinlə gərginliyin artması fonunda Filippini müdafiə etmək üçün Vaşinqtonun “dəmir öhdəliyini” bir daha təsdiqləyəcək.

ABŞ-ın müvafiq öhdəliyi 1951-ci ildə imzalanmış qarşılıqlı müdafiə müqaviləsində göstərilib, buna görə Amerika tərəfi Manilaya hücum zamanı kömək edəcəyini vəd edir.

Qeyd olunub ki, Markosun səfəri ikitərəfli münasibətlərdə gərgin bir aya son verəcək, çünki iki ölkə arasında müdafiə əlaqələrinin genişlənməsi Pekində narahatlıq doğurur. Son üç həftə ərzində minlərlə ABŞ və Filippin hərbçisi birgə təlimlərdə iştirak edib. Və ABŞ bu yaxınlarda Filippindən iki yüksək səviyyəli diplomatı qəbul etdi və danışıqlarda tərəflər təhlükəsizlik yardımı üçün yol xəritəsini yekunlaşdırmaq barədə razılığa gəliblər.


AzVision.az


Teqlər:





Xəbər lenti