CAR-dan Putinə çağırış: "Gəlmə, həbs edərik!"

    CAR-dan Putinə çağırış:    "Gəlmə, həbs edərik!"
  01 May 2023    Oxunub:1439
Cənubi Afrika hakimiyyəti Rusiya lideri Vladimir Putinə müraciət edib.
Ölkə rəhbərliyi Putindən avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitinə gəlməməyi, tədbirdə videobağlantı vasitəsilə iştirak etməyi xahiş edib.

Sunday Times-ın Cənubi Afrika rəsmilərinə istinadən yaydığı məlumata görə, əgər Kreml rəhbəri Afrikaya gələrsə, CAR Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməli olacaq. Bu isə Putinin həbsi deməkdir.

"Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura uçarsa, prezidenti həbsə atmalı olacağıq", - CAR rəsmisi qeyd edib.

Nəşr xatırladıb ki, ötən həftə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa ölkənin vitse-prezidentinin rəhbərlik etdiyi xüsusi hökumət komitəsi yaradıb. Bu komitə Putinin həbsi üçün orderin verilməsi ilə bağlı mümkün variantları araşdırmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   CAR   Həbs  





Xəbər lenti