Navasardyan: "Bakının qurduğu məntəqə ancaq müharibə ilə dayana bilər"

   Navasardyan:    "Bakının qurduğu məntəqə ancaq müharibə ilə dayana bilər"
  01 May 2023    Oxunub:1231
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quraşdırıblar. Azərbaycanın bu addımı erməni cəmiyyətində təşviş yaradıb.
Yerli media bundan sonra Qarabağda yaşayan ermənilərlə sərbəst əlaqələrə son qoyulduğunu yazır. Eksperlər isə rəsmi Bakının Qarabağla, sərhədlə bağlı görülən tədbirləri İrəvana göz dağı verərək reallaşdırmasından gileylənirlər. Məsələn, İrəvan Mətbuat Klubunun direktoru, ekspert Boris Navasardyan qeyd edib ki, artıq Bakını qurduğu məntəqəyə qarşı mübarizə aparmağın yeri yoxdur: “Biz bir şeyi aydın şəkildə başa düşməliyik: Azərbaycanın Həkəri çayı üzərindəki nəzarət-buraxılış məntəqəsi yalnız yeni müharibə və ya ərazilərin bizim, yaxud da digər tərəfin xeyrinə dəyişilməsi halında yox ola bilər".

O qeyd edib ki, bu səbəbdən də İrəvanın bugünkü səyləri məntəqənin legitimliyinin müzakirələrinə deyil, iş rejimi, habelə yoldan istifadə şərtləri ilə bağlı danışıqlar istiqamətində diplomatiyanın effektivliyini artırmağa yönəlməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti