The Guardian: "Müharibə ukraynalıları lombardlardan asılı salıb"
![The Guardian: "Müharibə ukraynalıları lombardlardan asılı salıb" The Guardian: "Müharibə ukraynalıları lombardlardan asılı salıb"](https://azvision.az/photos/2023/05/1682928950.jpg)
"Hər şeyin qiyməti qalxıb. Bəzi məhsullar 40-50 faiz bahalaşıb", - Ukrayna paytaxtının lombardlarından birinin əməkdaşı nəşrə açıqlamasında deyib. Onun sözlərinə görə, hər gün ən azı 50 nəfər ona əşyalarını təhvil verərək pul götürmək üçün müraciət edir.
Nəşr qeyd edir ki, indi yoxsulluq səviyyəsi böyük şəhərlərdən kənarda daha sürətlə artır. Müəllif xüsusən də Kiyevətrafı qəsəbələrdə hər gün 500-ə yaxın insanın pulsuz çörək üçün növbəyə durduğunu yazıb. Bir çox sakinlər maaşlarının dolanışıqlarına çatmamasından şikayətlənir.
Qəzetin istinad etdiyi statistika göstərir ki, son bir ildə ölkədə yoxsulluq səviyyəsi 5,5 faizdən 25 faizə qədər artıb. Eyni zamanda, ölkədə inflyasiya (26,6%) və işsizlik (36%) yüksək səviyyədədir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna