"ABŞ Müdafiə Nazirliyimizi izləyir" - KİV

 "ABŞ Müdafiə Nazirliyimizi izləyir" -    KİV
  01 May 2023    Oxunub:1484
Alman nəşrləri "Tagesschau" , "Die Zeit" və "ARD" Pentaqonun "sızdırılmış" məxfi sənədlərinə istinadən edərək ABŞ kəşfiyyatının Almaniya Müdafiə Nazirliyi barədə casusluq etdiyini qeyd edib.
Həftəlik “Die Zeit” qəzetinin və “ARD Kontraste” siyasi jurnalının ixtiyarında olan sənəd ABŞ məxfi xidmətlərindən internetdə yayılan və dərc edilmiş hesabatlar paketi olan “Pentagon Leaks”-dən götürülüb.

Nəşrlərin məlumatına görə, sənəd ABŞ məxfi xidmətinin Federal Müdafiə Nazirliyini izləməsinin sübutudur. Bildirilir ki, xüsusən Amerika kəşfiyyat xidmətləri fevralın 20-də Almaniya Müdafiə Nazirliyinin nümayəndələri ilə Çin nümayəndə heyəti arasında keçirilən görüşdə casusluq edib.

"Almaniya Müdafiə Nazirliyi Çin daha şəffaf olana qədər onunla əməkdaşlığı artırmaqdan imtina edir",- deyə qısa hesabatın ingiliscə başlığının almanca tərcüməsində deyilir.

"Kontraste" və “Die Zeit” sənədi qiymətləndirib və onu həqiqi hesab ediblər, lakin həqiqiliyinin yekun təsdiqini yalnız ABŞ dövlət qurumları verə bilər. ABŞ kəşfiyyat koordinatoruna edilən sorğu hələ cavabsız qalıb. Nəşrlərdə qeyd edilib ki, casusluq iddiası ilə hazırda Almaniya kəşfiyyat orqanları məşğul olur.

"Sənədin məzmunundan daha çox ABŞ-ın hələ də Almaniya dövlət qurumlarına casusluq etməsidir. Hələ 2013-cü ildə “NSA işi” (Milli Təhlükəsizlik Agentliyi) çərçivəsində məlum olub ki, ABŞ Almaniyada kütləvi şəkildə telefon danışıqlarını dinləyir və oxuyur", -deyə nəşr qeyd edib.

Almaniya rəsmiləri məsələni araşdırdıqlarını açıqlayıblar.


Almaniya Müdafiə Nazirliyindəki ABŞ məxfi xidmətinin casusluğunu sübut edə biləcək sənədin ekran görüntüsü.

AzVision.az


Teqlər:





Xəbər lenti