Baş nazirin arvadı ilə bağlı qalmaqal: Dövlət maliyyələşdirir

  Baş nazirin arvadı ilə bağlı qalmaqal:  Dövlət maliyyələşdirir
  01 May 2023    Oxunub:2004
Böyük Britaniyanın baş nazirinin həyat yoldaşı Akşata Murti dövlətdən təxminən 350 min funt sterlinq yardım alan şirkətdə paya sahibdir. Bu barədə “The Times” yazır.
Birinci xanımın nəzarətində olan “Catamaran Ventures” investisiya şirkətinin təhsil texnologiyaları startapı "Study Hall"da paya malik olması "Companies House"dakı qeydlərlə sübut olunur.

Britaniya nəşri qeyd edir ki, reyestrə görə, 2022-ci ildə şirkət innovativ məhsul və ya xidmətləri inkişaf etdirən sahibkarlara vəsait və dəstək verən Innovate UK dövlət agentliyindən 349,976 funt sterlinq (437,000 dollar) qrant alıb.

Bundan əvvəl Böyük Britaniya parlamenti Sunakın həyat yoldaşının uşaq baxımı şirkətində payına görə maliyyə maraqlarını bəyan etməsi məsələsi ilə bağlı ona qarşı təhqiqata başlandığını elan etmişdi.

Rişi Sunakın ailəsinin vəziyyəti ictimaiyyət tərəfindən tez-tez tənqid olunurdu. Tənqidlər, ilk növbədə, hindli milyarderin qızı, həyat yoldaşı Akşata Murti ilə bağlı idi.

Sunak baş nazir postuna gəlməmişdən əvvəl məlum olub ki, onun həyat yoldaşı Hindistan vətəndaşlığından imtina etməyib və beləliklə, Böyük Britaniyanın rezidenti olmadığı üçün digər ölkələrdə aldığı biznes gəlirlərinə görə ağır vergilərdən yayına bilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: AkşataMurti  





Xəbər lenti