Alyaskada 6,2 bal gücündə zəlzələ olub

Alyaskada 6,2 bal gücündə zəlzələ olub
  29 Aprel 2023    Oxunub:1614
ABŞ-ın Alyaska ştatı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtlı 16:32-də (Bakı vaxtı ilə 20:32) baş verib.

Yeraltı təkanların episentri Alyaskanın Çiqnik kəndindən 106 km şərqdə yerləşib.

Zəlzələ yerin 77 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

AzVision.az



Teqlər: ABŞ   Zəlzələ  





Xəbər lenti