Ukraynaya raket hücumu altı uşağın həyatına son qoyub

Ukraynaya raket hücumu altı uşağın həyatına son qoyub
  29 Aprel 2023    Oxunub:1423
Aprelin 28-də Rusiyanın Ukraynanın Uman şəhərində yaşayış binasına raket hücumu nəticəsində 6 uşaq həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın hündürmərtəbəli binaya endirdiyi zərbə nəticəsində 23 nəfər həlak olub. Ölənlərin altısı uşaqdır. 22 nəfər isə dağıntılar altından çıxarılıb”, - məlumatda deyilir.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti