Papa ukraynalı qaçqınlarla görüşüb

Papa ukraynalı qaçqınlarla görüşüb
  29 Aprel 2023    Oxunub:1573
Roma Papası Fransisk ukraynalı qaçqınlarla görüşüb və daha yaxşı gələcəyin mümkün olduğunu deyib.
AzVision.az x
verir ki,bu barədə “Report” “Reuters” məlumat yayıb.

“Ağrı və əzabın ortasında olsa da, sevgi balzamını aldıqdan sonra, biz irəliləməyə davam etmək üçün lazım olan cəsarət tapırıq: hər şeyin itirilmədiyinə və daha yaxşı gələcəyin mümkün olduğuna inanmaq üçün güc tapırıq”- deyə, o bildirib.

Frensis Budapeştdəki Müqəddəs Yelizaveta kilsəsinə səfəri zamanı 600-ə yaxın qaçqın, yoxsul və evsizlə görüşüb.

Papa bildirib ki, yoxsulluqdan və faciədən əziyyət çəkənlərə empatiya göstərmək, hətta ehtiyacı olanlar dinsiz olsa belə, xristianlığın ayrılmaz hissəsidir.

AzVision.az



Teqlər: Papa   Ukrayna   Qaçqınlar  





Xəbər lenti