Ərdoğan: ““TEKNOFEST" öz sahəsində brendə çevrilib”

      Ərdoğan:    ““TEKNOFEST" öz sahəsində brendə çevrilib”
  29 Aprel 2023    Oxunub:1467
"2018-ci ildə bəri təşkil etdiyimiz "TEKNOFEST" artıq öz sahəsində bir brendə çevrilib".
AzVision.az xəbər verir ki, bunu bunu aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

"Keçən il Bakıda gənc azərbaycanlı gənclərimizlə "TEKNOFEST" sevincini yaşadıq. Samsundan Qaziantepədək ölkəmizin müxtəlif şəhərlərində texnologiya, müdafiə sənayesi və elmlə maraqlanan gənclərlə bir araya gəldik. Bu il texnologiya festivalımızı əvvəlcə İstanbulda, sonra isə inşallah Ankarada keçiririk.

Müraciət edən komandaların sayı hər il artır. Bildiyiniz kimi 2018-ci ildə 4 min 333 müraciətlə bu hadisəyə bismillah dedik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komandaya və 1 milyon iştirakçı müraciətinə çatdıq.

Ərdoğan rekordlar və ilklər festivalı olan "TEKNOFEST"in uğur zolağını daha da yüksəldəcəyinə inandığını qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti