Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edir

   Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edir
  29 Aprel 2023    Oxunub:2760
Azərbaycan Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkənlər üçün şəhərcik inşa edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. O, Prezident İlham Əliyevin çıxışından sonra Kahramanmaraşda Azərbaycan dövləti ilə TOKİ-nin birgə layihəsi olan şəhərciyin təməlqoyma mərasiminin iştirakçılarına da müraciət edib:

“Əziz qardaşım İlham bəy bizləri əvvəldən bəri bilinən Pazarcık mərkəzli zəlzələdə heç vaxt tək qoymadı. Axtarış-xilasetmə qrupları Kahramanmaraşda ilk andan bizimlə idi. Bu, kifayət etmədi. Qardaşım İlham bəy Kahramanmaraşda 1000 daimi yaşayış yeri vəd etdi. Lakin biz orada məktəbi, məscidi, yataqxanası və bir çox konseptlərdə binaları olan Azərbaycan şəhərciyi tikmək qərarına gəldik. Bu gün bu münasibətlə biz bunun əsasını qoyduq”.

Qeyd edək ki, Azərbaycan dövləti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət şəhərcik inşa edəcək. Bu yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.


AzVision.az


Teqlər:





Xəbər lenti