Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

   Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək
  29 Aprel 2023    Oxunub:1657
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü planlaşdırılır.

Qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundu keçiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti