Yaponiya COVID-19 məhdudiyyətlərini tam ləğv etdi
![Yaponiya COVID-19 məhdudiyyətlərini tam ləğv etdi
Yaponiya COVID-19 məhdudiyyətlərini tam ləğv etdi](https://azvision.az/photos/2023/04/1682749362.jpg)
Qərara əsasən, xaricdən Yaponiyaya gələnlər yeni növ koronavirus əleyhinə 3 doza vaksin qəbul etməyi təsdiqləyən sertifikatı və ya son 72 saatda verilmiş PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməkdən azaddırlar. Bundan başqa, mayın 8-dən etibarən COVID-19 infeksiyasının statusu mövsüm qripi kimi daha az təhlükəli viruslar kateqoriyasına salınacaq.
Qeyd edək ki, Yaponiyaya 2020-ci ilin fevralından etibarən pandemiya səbəbindən ölkəyə girişi maksimum dərəcədə məhdudlaşdırılmışdı.
AzVision.az
Teqlər: Yaponiya