Estoniya XİN postsovet ölkələrinin suverenliyinə şübhə ilə yanaşan Çin səfirindən izahat tələb edir
XİN başçısının sözlərinə görə, çinli diplomatın bu cür bəyanatları təəssüf doğurur: “Çin Xalq Respublikası nümayəndəsinin belə fikirlər səsləndirməsi təəssüf doğurur. Belə mövqe anlaşılmazdır”.
Xatırladaq ki, ötən gün Çinin Fransadakı səfiri Lu Şae müsahibə verərək Sovet ölkələrinin suverenliyini şübhə altına alıb. O müsahibəsində deyib ki, keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusu yoxdur”, çünki onların suveren ölkə statusunu reallaşdıracaq beynəlxalq müqavilə yoxdur. Həmçinin Krımı Ukraynaya aid hesab edib-etməməsi ilə bağlı sualı cavablandıran səfir “bu, problemi necə qəbul etməyinizdən asılıdır” deyib və əlavə edib ki, “bu o qədər də sadə deyil”.
AzVision.az