Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”

      Hulusi Akar:    "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”
  22 Aprel 2023    Oxunub:1575
"Türkiyə dünyada və regionda böyük və güclü ölkədir. Türkiyə olmadan Yaxın Şərqdə, Aralıq dənizində, Trakiyada, Balkanlarda və ya Qafqazda hansısa problemi həll edə etmək mümkün deyil. Biz yeddi iqlimə, üç qitəyə sabitlik, sülh və əmin-amanlıq gətirən əcdadlarımızdan ilham alırıq. Hazırda Türkiyənin Asiya və Afrikada çox ciddi təsiri, işləri, layihələri var".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sabah”a müsahibəsində deyib.

"Təhlükəsizliyimizə təhdidlər var: gizli embarqolardan tutmuş iqtisadiyyatdakı fəaliyyətlərə qədər. Bunlar bir yana, PKK bizim üçün birbaşa və konkret təhdiddir. Terror təhlükəsi var. Bilirsiniz, bu elə proksi müharibəsidir. Türkiyə ilə üz-üzə gəlmədən, Türkiyə ilə qarşılaşmadan, döyüşmədən bəzi ünsürləri təşkil edib PKK-ya çevirməklə bizi ləngidib, dayandırmağa çalışırlar. Nə vaxtdan? Qırx ildir. İndi burada strategiyamız dəyişib. Bu mənada Türkiyə Silahlı Qüvvələrinin və Nazirliyimizin vəzifə və məsuliyyətləri artıb. Buna nail olmaq üçün gecə-gündüz çalışırıq. Qırx ildir başımıza gələn bu bəladan sevimli millətimizi xilas etmək əzmindəyik", Akar vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həm regional, həm də dünya sülhünə çox mühüm töhfələr verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti