Dünya müharibəsində batırılan gəminin qalıqları 81 il sonra tapıldı

   Dünya müharibəsində batırılan gəminin qalıqları 81 il sonra tapıldı
  22 Aprel 2023    Oxunub:1491
İkinci Dünya Müharibəsi zamanı içərisində Avstraliya əsgərləri və mülki vətəndaşların olduğu ABŞ sualtı qayığı tərəfindən Filippin sahillərində batırılan Yaponiyaya məxsus “Montevideo Maru” nəqliyyat gəmisinin qalıqları tapılıb.
Gəminin qalıqları 81 il sonra avstraliyalı "Silentworld Foundation" qrupunun rəhbərlik etdiyi araşdırmada Hollandiyanın Fugro şirkətinin dəstəyi nəticəsində üzə çıxarılıb.

Axtarış işləri aprelin 6-da Filippinin Luzon adasından 110 kilometr şimal-qərbdə Cənubi Çin dənizində başlayıb və 12 gün davam edib.

Avstraliyanın baş naziri Entoni Albanese bildirib mi, "Montevideo Maru"nun itmiş ruhlarının istirahət yeri nəhayət tapılıb: "Ümid edirik ki, bu, uzun müddət yaxınları üçün gözləyənlərə bir rahatlıq gətirəcək".

Axtarış qrupunun ekspertlərindən olan Rocer Turner də qeyd edib ki, “Montevideo Maru” avtonom sualtı avtomobil (AUV) tərəfindən 4000 metrdən çox dərinlikdə tapılıb.

Turner gəminin cəmi 11 dəqiqə ərzində batdığını, yalnız 3 xilasedici qayığın suya endirildiyini və 102 Yapon ekipaj üzvünün Filippinə doğru avar çəkdiyini bildirib.

O qeyd edib ki, sayı minlərlə olan fəlakət qurbanlarının uşaqları və nəvələri illərini dağıntıların tapılması üçün illərini sərf ediblər.

"Silentword Foundation" isə verdiyi açıqlamada həyatını itirənlərin xatirəsinə ehtiram olaraq gəminin qalıqlarının çıxarılmayacağını bildirib.

Papua Yeni Qvineyadan olan avstraliyalı məhbuslarla birlikdə 14 ölkədən insanları daşıyan Yaponiyanın “Montevideo Maru” nəqliyyat gəmisi 1942-ci ilin iyulunda bundan xəbərsiz ABŞ sualtı gəmisi USS Sturgeon tərəfindən göndərilən torpedo tərəfindən batırılıb.

"Avstraliya tarixinin ən pis dəniz fəlakətlərindən biri" olaraq bilinən hadisədə, ümumi qurbanlarının sayının 1089 olduğu güman edilən gəminin göyərtəsində hesablamalara görə 979 avstraliyalı, 33 norveçli dənizçi və 20 yapon əsgəri həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti