Baş katib: “Qərb MDB ölkələrində təxribatlar hazırlayır”

      Baş katib:    “Qərb MDB ölkələrində təxribatlar hazırlayır”
  21 Aprel 2023    Oxunub:2057
Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev bildirib ki, Qərb dövlətləri MDB məkanında sabitliyi pozmaq üçün təxribatlar hazırlayır.
O, bu barədə “TASS”a müsahibəsində bildirib. Onun sözlərinə görə, MDB ölkələrində vəziyyətin sabitliyini pozmağa yönəlmiş bu cəhdlər aşkardır və gizli deyil: “Təəssüf ki, belə məlumatlar var”.

Bundan əlavə, Sergey Lebedev MDB-nin hələ uzun illər davam edəcəyinə əminliyini ifadə edib. Bunun səbəbləri kimi o, MDB ölkələrinin bir-biri ilə sıx əlaqədə olması ilə yanaşı, qonşu olmalarını göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti