Sudanda toqquşmalarda 600-dən çox insan ölüb
"Sudanda toqquşmalarda 600-dən çox insan həlak olub", - Səhiyyə Nazirliyinin rəhbəri deyib. İbrahim əlavə edib ki, Xartumda gedən döyüşlər nəticəsində 125 xəstəxanaya ciddi ziyan dəyib.
İbrahim qeyd edib ki, hazırda “nazirlik xaricdən yardım almaqda böyük çətinliklərlə üzləşib”. Onun sözlərinə görə, “müharibə uzansa, ölkə xəstəliklərdən və epidemiyaların yayılmasından əziyyət çəkəcək”.
Sudanlı nazir döyüşən tərəfləri xəstəxanalara hücumlara yol verməməyə çağırıb. "Tibb müəssisələri qorunmalıdır", - Sudan Səhiyyə Nazirliyinin rəhbəri vurğulayıb.
Teqlər: