Rusiya Ermənistanda MTT-nin təlimlərini keçirib

Rusiya Ermənistanda MTT-nin təlimlərini keçirib
  20 Aprel 2023    Oxunub:955
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının maddi-texniki təminat (MTT) bölmələri təlim keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, mütəxəssislər yüksək dağlıq poliqonları olan Alagöz və Kəmxudda bölmələrin yanacaq-sürtkü materialları ilə təmin olunmasının hərəkətlilik və səmərəlilik göstəricilərini artırıblar.

Qeyd edək ki, son günlər Rusiya hərbçiləri Ermənistanda aktiv hərbi təlimlər keçirirlər. Dağlı ərazilərdə keçirilən təlimlərə artileriya, aviasiya, xüsusi təyinatlı qüvvələr də cəlb edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti