Şimali Koreya casus peykini orbitə çıxaracaq

Şimali Koreya casus peykini orbitə çıxaracaq
  19 Aprel 2023    Oxunub:1397
Şimali Koreya lideri Kim Çen In hərbi casus peykinin orbitə çıxarılması haqqında əmr verib.

AzVision.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya yaxın zamanlarda hərbi casus peykini orbitə çıxaracaq. Kim Çen In rəsmi şəxslərə əmr verib ki, müəyyən edilmiş plana uyğun olaraq ilk peykin buraxılışına hazırlıq işləri görülsün. Həmçinin, Çimali Koreya lideri ölkənin kəşfiyyat imkanlarını artırmaq üçün bir sıra casus peyklərinin yerləşdirilməsi ilə bağlı da göstəriş verib.




Teqlər:





Xəbər lenti