Yardımı ilə tanınan Sərvər Əminə Ərdoğanın iftar məclisində - FOTO

   Yardımı ilə tanınan Sərvər Əminə Ərdoğanın iftar məclisində -  FOTO
  19 Aprel 2023    Oxunub:1798
Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına qırmızı rəngli köhnə avtomobil ilə qoşulan Sərvər Bəşirli ölkənin birinci xanımı Əminə Ərdoğanın qonağı olub.
AzVision.az xəbər verir ki, Sərvər Bəşirli qohumları ilə birgə Əminə Ərdoğanın Türkiyənin Cumhurbaşkanlığı Külliyəsində verdiyi iftar məclisinə dəvət alıb.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə zərərçəkənlərə yardım üçün maşını ilə yorğan-döşək aparan Sərvər Bəşirlinin fotosu mətbuatda geniş yayılmışdı. Onun bu addımı Türkiyədə də geniş rəğbətlə qarşılanmış və oradakı işlərə kömək məqsədilə dəvət edilmişdi. Eyni zamanda Sərvər Bəşirliyə xeyriyyəçi iş adamı, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek tərəfindən maşın da hədiyyə edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti