Paşinyan: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyirəm”

     Paşinyan:  "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyirəm”
  18 Aprel 2023    Oxunub:1923
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışıb. AzVision.az xəbər verir ki, o, 44 günlük müharibədən sonra Azərbaycanın daha çox şey əldə etmək istəyində olduğunu iddia edib.
"Azərbaycanla münasibətlərə gəlincə, burada hər şey qat-qat mürəkkəbdir. 44 günlük müharibədən sonra Bakı çox şey götürmək, mümkünsə, hər şeyi almaq istəyir. Azərbaycan bilavasitə enerji və ya logistika kəsişməsinə çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb”, - Paşinyan parlamentdə hökumət proqramının icrası ilə bağlı təqdimat mərasimində çıxışı zamanı qeyd edib.

Paşinyan Ermənistan və region üçün sülh formulunu açıqladı
Paşinyan əminliklə bildirib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi bağlaması istiqamətində səmimiyyətlə çalışır. Hər iki dövlət qarşılıqlı olaraq ərazi bütövlüyünü tanısa və bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürərsə, bu müqavilə reallaşar.

"Əslində, bu, Soçidə və Praqada Azərbaycan Prezidenti ilə razılaşmada var idi. Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik", - baş nazir bildirib. İrəvan təklif etdi ki, Ermənistan və Azərbaycan SSR-in Sovet İttifaqında tərtib edilmiş xəritələri ölkələrin ərazi bütövlüyünün əsası kimi gələcək sülh müqaviləsinə əlavə edilsin. Lakin burada ən çətin məsələ "Dağlıq Qarabağdır", - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Azərbaycan   Sülh   Ermənistan  





Xəbər lenti