Paşinyan Erika Olson ilə görüşdü

   Paşinyan Erika Olson ilə görüşdü
  18 Aprel 2023    Oxunub:1088
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ilə görüşüb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan ABŞ-ın regionda sabitlik və sülhün bərqərar olması istiqamətində səylərinin vacibliyini vurğulayıb.

Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, kommunikasiyaların açılması mövzularına toxunublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti