Paşinyan Ermənistan və region üçün sülh formulunu açıqladı

   Paşinyan Ermənistan və region üçün sülh formulunu açıqladı
  18 Aprel 2023    Oxunub:1476
Beynəlxalq ictimaiyyət Ermənistanın 29800 kv.km ərazisinin tanındığını açıq şəkildə bəyan edərsə, Ermənistan və regiona sülh gələcək. Və Ermənistan isə heç bir ölkəyə ərazi iddiasının olmadığını bəyan edəcək".
Bunu baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, sülhə nail olmaq dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir.

"Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir, müvafiq olaraq daha çox Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq".

Onun sözlərinə görə, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacaq və vətəndaşlar qismən ağrılı olacaq kompromis həll yollarının həyata keçirilməsinə imkan verəcəklər.

O, əmindir ki, vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin funksiyasıdır. Sonuncu onlara rəhbərliyin düşüncə prosesini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar başa düşdükdən sonra bu qərarlarla razılaşacaqlar.

Paşinyanın sözlərinə görə, bu edilməsə, o zaman Ermənistanın inkişafına heç kim imkan verməyəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti