44 günlük müharibədən yayınan yüksək rütbəli erməni zabit həbs olunub

   44 günlük müharibədən yayınan yüksək rütbəli erməni zabit həbs olunub
  18 Aprel 2023    Oxunub:1210
Ermənistan məhkəməsi istintaqın 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərməkdə ittiham etdiyi polkovnik rütbəli hərbi hissə komandirinin müavinini həbs edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İstintaq Komitəsindən verilən məlumata görə, ibtidai istintaq zamanı komandir müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək, 23 gün ərzində xəstələnərək, tibb müəssisəsində stasionar müalicə alması barədə məlumat əldə edilib. Ona ittiham elan edilib, məhkəmə zabiti iki ay müddətinə həbs edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti