Qüdsdə naməlum şəxs insanlara atəş açıb - VİDEO
![Qüdsdə naməlum şəxs insanlara atəş açıb - VİDEO Qüdsdə naməlum şəxs insanlara atəş açıb - VİDEO](https://azvision.az/photos/2023/04/1681799186.jpg)
Nəşrin məlumatına görə, atışma sərhəd polisinin bazası yaxınlığında baş verib. Qeyd edilir ki, insanların olduğu avtomobili atəşə tutan şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Təcili tibbi yardımdan verilən məlumata görə isə iki nəfər orta dərəcəli bədən xəsarətləri alıb. Onlara yerindəcə təcili yardım göstərilib və daha sonra xəstəxanaya yerləşdirilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qüds