Çavuşoğlu NATO iclasında: “Hamı Türkiyəyə həsəd aparır”

   Çavuşoğlu NATO iclasında:    “Hamı Türkiyəyə həsəd aparır”
  05 Aprel 2023    Oxunub:771
“Ukrayna münaqişəsi diplomatiya yolu ilə həll edilməlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə NATO ölkələrindən olan həmkarları ilə görüşündə deyib. “Təmaslarımız zamanı biz Ukraynada müharibəyə danışıqlar və diplomatiya yolu ilə son qoymağın vacibliyini qeyd etdik” - o bildirib.

Çavuşoğlu deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlamaq bacarığına görə hamı Türkiyəyə həsəd aparır.


AzVision.az


Teqlər:





Xəbər lenti