Bayden Britaniya və İrlandiyaya səfər edəcək

Bayden Britaniya və İrlandiyaya səfər edəcək
  05 Aprel 2023    Oxunub:873
ABŞ prezidenti Cozef Bayden 11-14 aprel tarixlərində Böyük Britaniya və İrlandiyaya səfər edəcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Amerika lideri əvvəlcə Şimali İrlandiyanın Belfast şəhərinə (11-12 aprel), daha sonra Britaniyaya gedəcək. Bayden Şimali İrlandiyaya səfəri zamanı 25 il əvvəl Belfast sazişinin imzalanmasından sonrakı irəliləyişi müzakirə etməyi planlaşdırır.

Dublində Amerika prezidenti ikitərəfli əməkdaşlığı müzakirə edəcək. Şimali İrlandiyada münaqişənin siyasi həlli üçün muxtar hakimiyyətlərin yaradılmasını və digər tədbirləri nəzərdə tutan Belfast sazişi 1998-ci il aprelin 10-da imzalanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti