Rusiya XİN: “ABŞ odla oynayır”
![Rusiya XİN: “ABŞ odla oynayır” Rusiya XİN: “ABŞ odla oynayır”](https://azvision.az/photos/2023/04/34ed42a70befbacfad68fdf4ad925e05-1680697339.jpg)
Ryabkov nüvə müharibəsinin mümkün başlaması ilə bağlı söhbətə də münasibət bildirib. O vurğulayıb ki, Rusiya dəfələrlə nüvə müharibəsində qaliblərin ola bilməyəcəyinə işarə edib.
Diplomat Vaşinqtonun hərəkətlərini sözün əsl mənasında odla oyun adlandırıb. Ryabkov əlavə edib ki, ABŞ-ın Rusiyanın suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyini qorumaq üçün bütün tədbirləri görmək və bütün vasitələrdən istifadə etmək əzmini qiymətləndirməməsi ölümcül səhv olardı.
AzVision.az
Teqlər: