İranlı nazir: "İsfahan PUA-la vurulmayıb"
“Xeyr, hələlik mən bu xəbəri təsdiqləyə bilmərəm. Daha hərtərəfli araşdırmaya ehtiyac var”, - Vahidi deyib.
Xatırladaq ki, Tasnim agentliyi ölkə rəhbərliyinə istinadən xəbər yaymışdı ki, İsfahanda Müdafiə Nazirliyinin kompleksinə PUA-la hücum cəhdi olub. Agentliyin məlumatına görə, pilotsuz uçan aparat kompleksə yaxınlaşarkən hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran