Tarasovun sözlərinə görə, ABŞ bu kampaniyada aktiv iştirak etməyərək hələlik bu proseslərə qarşı birbaşa mövqe sərgiləmir. Yalnız İran-Azərbaycan gərginliyi fonunda Bakını müdafiə etmək və silahlandırmaq lazım olduğu elan edib.
Rusiyalı ekspert iddia edib ki, Türkiyə bu məsələdə təmkinli davranmağa davam edəcək.
![]() |
"İran sülhü tanımayıb Zəngəzura qoşun yeridəcək" - Tarasov |
Çünki 44 günlük müharibədən sonra İran tədricən və xüsusən də Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar fonunda Ermənistanın təhlükəsizliyinin Tehranın təhlükəsizliyi olmasını açıq şəkildə bəyan etməyə başlayıb. İran faktiki olaraq özünü Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi təqdim edir. Onlar ermənilərə olacaq istənilən zorakılıq hərəkəti İrana qarşı davranış kimi qəbul edəcəklər. Bu isə Azərbaycan üçün çətin vəziyyət yaratdı. Digər çətinlışdirici məqam isə Rusiyanın İranın bu cür mövqeyində problem olmadığını sərgiləməsidir.
Lakin mövcud vəziyyətə görə Rusiya İrəvanın Qərbdə yeni tərəfdaşlarının olduğunu nəzərə alaraq bütün regional çağırışlara cavab verməkdən yayınır”, - deyə Tarasov bildirib.
O qeyd edib ki, hazırda Cənubi Qafqazda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. Yəni, o mənada mürəkkəb ki, Azərbaycan Ermənistana hərbi təzyiqləri artırır və belə bir fonda İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtina edib. Bu da azmış kimi ermənilər bölgəyə Avropa İttifaqı müşahidəçilərini dəvət ediblər: “Bundan başqa, İran da öz qırmızı xətlərini ortaya qoyub. Rusiya isə bir çox başqaları kimi Ermənistanın KTMT-dən imtina etməsi səbəbindən proseslərin müşahidəçisi roluna enib. Belə bir durumda gərginliyin hansı istiqamətə gedəcəyini, Zəngəzur istiqamətində eskalasiyanın olacağını, Azərbaycanla İran arasında toqquşmanın başlayacağını, Aİ müşahidəçilərinin hansı rol oynayacağını və bütün bunlara digər oyunçuların qəbul edib-etməyəcəyini söyləmək mənim üçün çətindir. Bəlkə də Aİ-də daha yaxşı bilirlər ki, sərhədlərdə nələr baş verir, hansı istiqamətlərdə nə kimi hadisələr gözlənilir. Amma Ermənistan, Azərbaycan və İran arasında xarici aktorlarla və daha böyük münaqişə riski ilə ciddi gərginlik var. Buna əminəm..."
Tural Tağıyev
AzVision.az