Rusiya ordusu: "Zaporojye AES-ə PUA hücumu olub"
![Rusiya ordusu: "Zaporojye AES-ə PUA hücumu olub" Rusiya ordusu: "Zaporojye AES-ə PUA hücumu olub"](https://azvision.az/photos/2023/04/1680679556.jpg)
"Stansiyada MAQATE əməkdaşlarının olmasına baxmayaraq, Ukrayna rejimi Polşa istehsalı olan PUA ilə AES-ə növbəti hücum cəhdi edib. Aparatın çəkisi iki kiloqramdan çox olub. PUA-nın qalıqlarının olduğu yer onu göstərir ki, hücumun hədəfi AES -in infrastrukturu olub”, - hərbçi bildirib.
Xatırladaq ki, martın 29-da MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye AES-ə səfər etmişdi. O, "Rosenergoatom"un baş direktorunun müşaviri Renat Karçaa ilə birlikdə stansiyanın ərazisinə baxış keçirib. Qrossi bildirib ki, stansiyanı hücumlardan qorumaq üçün addımlar atılmalıdır.
Tural Tağıyev
AzVision.az