Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən
Azvision.az -a verilən məlumata görə, Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 53 min 75 müraciət cavablandırılıb. Bu müraciətlərdən 9073-ü elektron xidmətlər, 5142-si gömrük ödənişləri, 7406-sı fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 5312 müraciət, müvəqqəti idxal gömrük proseduru üçün 4285, xidmətə qəbul qaydaları ilə əlaqədar olaraq 609 və digər mövzularla bağlı 14 min 943 müraciət daxil olub.
Azvision.az