Nəsimidə binaların səyyar qeydiyyatı aparılacaq
Kampaniya 13 yanvarda Rəşid Behbudov küçəsi, 386-cı məhəllə, 14 yanvarda S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə, 15 yanvarda isə H.Ələsgərov küçəsi, 4 ünvanlarındakı çoxmənzilli binalarda keçiriləcək. Yanvarın 16-sı səyyar qeydiyyat xidməti Topçubaşov küçəsi, Abay döngəsi, 360-cı məhəllə və yanvarın 17-si isə Mərdanov qardaşları küçəsi, 59 ünvanlarındakı istismarına icazə verilmiş binalarda təşkil ediləcək.
Qeyd edək ki, mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur. Qeyd edək ki, xidmət mənzil sahibinin istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində müvafiq dövlət rüsumu və xidmət haqqı ödənilməklə həyata keçirilir.
Azvision.az
Teqlər: Əmlak