“İrgiz” gəmisi təmir olunub
Eyni zamanda, lazımi elektrik avadanlıqlarının, əsas və qəza işıqlandırma sistemlərinin zəruri yoxlama və təmir işləri həyata keçirilib. Maşın-qazan şöbəsi, köməkçi sükan qurğusu şöbəsində döşəməaltı sahələr təmizlənib-yuyulub, mexanizmlər və içməli su çənləri təmizlənib rənglənib. Yaşayış otaqları, dəhliz, yeməkxana və kapitan körpüsündə də zəruri təmir işləri yerinə yetirilib.
Təmir müddətində gəminin lövbər zəncirlərinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib.
Gəmi dəniz sınağından uğurla keçib. Daha sonra Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib və istismara qaytarılıb.
Azvision.az
Teqlər: Gəmi