“Nar” komandası çempion oldu
Bu mövsüm yarışda 11 universitet və 15 region komandası da daxil olmaqla, 34 komanda mübarizə aparıb. İctimai Televiziyada yayımlanan “Breyn Rinq”ın 14-cü mövsümü sentyabr ayında başlamışdı.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif layihələrə dəstək verir. “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Azvision.az