Büdcə xərclərinin 6,8 faiz artacağı gözlənilir
Bəyanatda qeyd edilib ki, il ərzində ötən illə müqayisədə əhəmiyyətli artan büdcə kəsirini maliyyələşdirmək üçün daxili borclanmadan daha çox istifadə edilməsi həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edərdi.
Hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4,6 faiz olacaq ki, bu da əhalinin real gəlirlərinin artımına şərait yaradacaq səviyyədir. Ümumilikdə, 2020-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından və mümkün xarici şokun təsirlərinin qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimallaşdırılmasından asılı olacaq.
Azvision.az
Teqlər: Büdcə