Yağışın metroya vurduğu ziyan açıqlanıb

Yağışın metroya vurduğu ziyan açıqlanıb
  24 Sentyabr 2018    Oxunub:2018
Ötən gün paytaxtda normadan artıq yağan güclü yağış şəhərdə nəqliyyatın hərəkətini iflic etmişdi. Yağışın fəsadlarından zərər çəkən dövlət qurumundan biri də "Bakı Metropoliteni" QSC-dir.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov AzVision.az-a bildirib ki, əsas ziyan “Memar Əcəmi” stansiyasındakı keçiddə qeydə alınıb.

““Memar Əcəmi” stansiyasında ikinci vestübüldəki piyada keçidininin 10-15 metr hissəsi su altında qalmışdı. Orada suyun səviyyəsi yuxarı qalxmışdı. "Bakı Metropoliteni" ilə Fövqaladə Hallar Nazirliyinin Binəqədi rayon bölməsi qısa müdətdə yaranmış vəziyyəti aradan qaldırdılar. Bundan başqa ziyanımız olmayıb”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti