Müsəlman səfir terrorun qurbanı oldu

Müsəlman səfir terrorun qurbanı oldu
  15 Fevral 2017    Oxunub:1821
Əfqanıstanda törədilən terror aktı zamanı ağır yaralanan Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı səfiri Cumaa əl Kaabi vəfat edib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bu barədə BƏƏ prezidentinin işlər üzrə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terror aktı Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, BƏƏ səfiri ilə görüşü zamanı baş verib.

Partlayış nəticəsində hər iki siyasətçi yaralanıb. Məlumata görə, terror aktı nəticəsində 4 ərəb cangüdən daxil olmaqla 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti