Astana danışıqları təxirə salındı

Astana danışıqları təxirə salındı
  15 Fevral 2017    Oxunub:1281
Astanada Suriyaya dair danışıqların sabaha planlaşdırılmış ikinci raundunun tarixi fevralın 16-na keçirilib.
Bu barədə Suriya Dövlət Televiziyasının məlumatında bildirilir. Məlumata görə, tarixin dəyişdirilməsinə səbəb kimi Suriya silahlı müxalifətinin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ Qazaxıstana getməməsi göstərilib.

Qeyd edək ki, Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır. Suriya silahlı müxalifətinin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti