Suriyada 26 terrorçu məhv edilib

Suriyada 26 terrorçu məhv edilib
  14 Fevral 2017    Oxunub:1343
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 26 üzvü zərərsizləşdirilib, 178 hədəfi məhv edilib.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında aparılıb. Nəticədə 41 məskunlaşma yeri və 1 silahlı vasitə məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti