Türkiyədə referendumun vaxtı məlum oldu

Türkiyədə referendumun vaxtı məlum oldu
  11 Fevral 2017    Oxunub:2864
Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendumun vaxtı açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksək Seçim Qurumu sədri Sədi Güvən bildirib ki, ölkədə Konstitusiya dəyişikliyi barədə referendum aprelin 16-da keçiriləcək.

Referendum qutularının yanında 10 siyasi partiyanın təmsilçisi müşahidə aparacaq deyən Sadi Güvən bildirib ki, seçici siyahısı fevralın 18-dək tamamlanacaq.

Qeyd edək ki, bundan öncə Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş da referendumun böyük ehtimalla aprelin 16-da keçiriləcəyini bildirib.

Xatırladaq ki, referendum qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək.
Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

AzVision.az


Teqlər:  





Xəbər lenti