Tramp və Ərdoğan 45 dəqiqə telefonla danışıb

Tramp və Ərdoğan 45 dəqiqə telefonla danışıb
  08 Fevral 2017    Oxunub:1873
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı 45 dəqiqə çəkib.

Liderlər ikitərəfli əlaqələr və terrorla mübarizə məsələləri müzakirə ediblər. Tramp ölkəsinin strateji tərəfdaşı və NATO-nun müttəfiqi olan Türkiyəyə dəstəyini ifadə edib, terror təşkilatı İŞİD-ə qarşı mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib.

Ərdoğan iki ölkənin dost və müttəfiq olduğunu bildirib, Trampa prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti