`Prezident hər zaman xalqın yanındadır`

`Prezident hər zaman xalqın yanındadır`
  23 Dekabr 2016    Oxunub:2962
“Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi qayğıdır”.
Bunu AzVision.az-a deputat Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, ölkə başçısı mütəmadi olaraq əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir:

“Dövlət başçısının bu tapşırığı vətəndaşlara dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğunu və xalqın maraqlarını hər şeydən üstün tutduğunu nümayiş etdirdi. Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması ana xətti təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır”.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı çıxışı zamanı elektrik enerjisi və təbii qaza görə nəzərdə tutulan limitin artırılmasını təklif etmişdi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti