Yevlaxda mənşəyi bilinməyən ət aşkarlanıb

Yevlaxda mənşəyi bilinməyən ət aşkarlanıb
  30 Noyabr 2016    Oxunub:1602
Yevlax rayonunda mənşəyi bilinməyən mal əti aşkar edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 29-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Yevlax rayonunun Aşağı Bucaq kənd sakinləri Nizami Kərimova məxsus həyətyanı sahədən 170 kiloqram, Telman Rəsulova məxsus həyətyanı sahədən isə 181 kiloqram mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb.

Nümunələr Dövlət Baytarlıq Xidmətinin ekspertizasına təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti