Buryatiyada Heydər Əliyevə abidə qoyulacaq
“Abidə Severobaykalskda qoyulmalıdır və xalqlar dostluğuna, Baykal-Amur magistralının (BAM) tikintisinə həsr edilməlidir”, - deyən A.Tuloxonov xatırladıb ki, bu il BAM-ın Azərbaycandan olan inşaat dəstəsi tərəfindən tikilmiş “Anqoya” stansiyasına ilk qatarın gəlməsindən 35 il keçir.
A.Tuloxonovun sözlərinə görə, hazırda gələcək abidənin postamentinin eskizləri üzərində iş gedir. Layihənin həyata keçirilməsinə Buryatiyadakı Azərbaycan diasporu cəlb edilib. Federasiya Şurasının üzvü daha sonra deyib: “Layihəni büdcədənkənar mənbələr hesabına maliyyələşdirməyə hazır olan təşəbbüs qrupu artıq məlumdur”.
Senator əmindir ki, məhz bu cür layihələr ölkədə vətənpərvərlik və xalqlar dostluğu ideyalarının inkişafına və möhkəmlənməsinə kömək edəcək. A.Tuloxonov deyib: “BAM – bizim adamların sıx birliyinin ən parlaq nümunəsidir. BAM-ı bütün SSRİ tikirdi. İrkutsk vilayətində “Niya” stansiyasını gürcülər, “Anqoya” stansiyasını azərbaycanlılar, “Zolotinka” stansiyasını beloruslar inşa edib və s.”. (Azərtac)
Teqlər: