Elektromobillərin doldurucularının idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir

Elektromobillərin doldurucularının idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
  06 Oktyabr 2024    Oxunub:392
Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

AzVision.az


Teqlər:





Xəbər lenti