Münhen Təhlükəsizlik konfransı başladı
Konfransın açılışında çıxış edən sədr Volfqanq İşinger müasir münaqişələrin dövlət sərhədlərini aşdığını qeyd edib: “Nümunə olaraq Suriyadakı müharibəni götürək. O, regional müharibə olmaqdan çıxıb. Məhz Suriya müharibəsi II Dünya müharibəsindən indiyədək olan ən böyük qaçqın böhranına səbəb olub”.
V. İşingerin sözlərinə görə, qaçqın böhranı fonunda bəzi dövlətlərdə artmaqda olan millətçilik meylləri narahatlıq doğurur və bundan yeganə çıxış yolu qlobal əməkdaşlıq və həmrəylikdir. (Apa)
Teqlər: