Axtarılan keçmiş MTN-çi Moskvada tutuldu
İlkin versiyaya görə, cinayətkar şəxs qadınların etimadını qazanaraq vahid sxem üzrə hərəkət edib: xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deyib, bunun təsdiqi kimi "Makarov" tipli tapançasını onlara nümayiş etdirib. Daha sonra o qadınları 3 yaşlı qızı ilə tanış edib və uşaq üçün onlardan pul yardımı istəyib. Fırıldaq yolu ilə aldığı pulları isə mənimsəyib.
Qeyd edək ki, Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev bir neçə il əvvəl dələduzluqda təqsirli bilinərək barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Teqlər: