Qarabağın `açarı` kimdədir? - ABŞ açıqladı
AzVision.az `Armenpress`-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Amerikadan olan həmsədri Ceyms Uorlik müsahibəsində bildirib.
Uorlik son günlər həmsədrlərlə bağlı səslənən etirazlara münasibət bildirərək Qarabağla bağlı məsələləri hər zaman müzakirə etməyə hazır olduqlarını qeyd edib.
“Biz öz bəyanatımızla vurğulamaq istəyirdik ki, Minsk qrupu bütün tərəflər üçün yeganə qəbul olunan formatdır. Ümid edirik ki, Ermənistan və Azərbaycan Minsk qrupu ilə sıx əməkdaşlıq edəcəklərinə dair götürdükləri öhdəlikləri yerinə yetirəcəklər”.
Uorlik eyni zamanda əlavə edib ki, münaqişənin nizamlanmasının açarı prezidentlərin əlindədir: “Biz sülhün əldə olunması yolunda proqresə nail olmaq üçün daha intensiv dialoq və sistemləşdirilmiş danışıqların həyata keçirilməsinə yardım etmək istəyirik`.
Eldar Tanrıverdiyev
AzVision.az